Əkizlər yenidən efirə qayıdır

Загрузка...

Müğənni Sevil və Sevinc Səfərovalar yenidən efirə qayıdır.

Axşam.az-ın məlumatına görə, bu haqda əkizlər özləri İnstaqramda xəbər yayıblar.

İzləyicilərə sual ünvanlayan bacılar bunları qeyd ediblər:

“Yeni verilişə nə deyirsiniz? Yenidən hər səhər görüşək? Tam fərqli bir layihə olsun. “Hə”, yoxsa “yox”? Siz də bizim üçün bizim sizin üçün darıxdığımız qədər darıxmısınız?”.

Qeyd edək ki, Sevil və Sevinc 4 il “Xəzər” telekanalında “Hər şey daxil” verilişinə aparıcılıq ediblər. Bu yaxınlarda isə onlar proqramdan uzaqlaşıblar. Bacılar açıqlamasında öz istəkləri ilə aparıclığa son qoyduqlarını, bundan sonra müğənnilik sənətinə çox vaxt ayıracaqlarını söyləyiblər.

“Hər şey daxil”ə onlardan sonra prodüser Tarix Əliyev aparıcılıq edib.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol