Əməkdar artist Arif Alışanova: Mənimlə ədavətin nə idi? – VİDEO

Əməkdar artist Vasif Məhərrəmli öz “Instagram” səhifəsində canlı yayımda vəzifəsindən azad edilən AzTV-nin sədri Arif Alışanova müraciət ünvanlayıb.

Luxlife.az-ın xəbərinə görə, buna səbəb Arif Alışanovun ifaçının AzTV-də çıxışına qadağa qoyması idi. 

“Videonu paylaşmaqda məqsədim var. On ildən artıqdır ki, AzTV-də yoxam. Kanalın təşkil etdiyi tədbirlərə dəvət almıram, çıxış etmirəm. Bunun səbəbini Arif Alışanovdan soruşmaq istəyirəm. Mənimlə ədavətin nə idi? Cavab verə bilməyəcəksən. Çünki peşəkar insan, televiziya adamı deyilsən. Öz işinlə məşğul olsan daha yaxşı olar”, – deyə müğənni bildirib.

Xatırladaq ki, Arif Nizam oğlu Alışanov yanvarın 15-də prezident İlham Əliyevin sərəncamı  “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol