Ərəb şeyxinin qızına “yox” deyən azərbaycanlı modellə müsahibə – VİDEO

Bu gün özündə həddindən çox dəyişiklik edən modellərə tələbat daha çoxdur. Təbii görünüşə o qədər də dəyər verilmir.

Luxlife.azO-ın xəbərinə görə, bu fikirləri Baku TV-yə müsahibəsində vaxtilə ərəb şeyxlərindən birinin qızından evlilik təklifi alan “Mister Azerbaijan 2017” müsabiqəsinin qalibi model Əli Hüseynov səsləndirib. 

“İnsanlar var ki, özlərini elə hala salıblar ki, baxan bu sahədən utanır. Şəxsən mən həmin insanları gördükdə özümdən utanıram. Onlara görə normal modellərin də səviyyəsi aşağı düşür. Hətta bəzi qadınlar da var, ümumiyyətlə, modellik adı ilə başqa sahələrlə məşğuldurlar”.

Müsahibimiz bu sahədə heç bir iş görməyib özünü model kimi təqdim edənləri də tənqid edib. O bildirib ki, modellik təkcə görünüşdən ibarət deyil.

“Hazırda bu sahə ölkədə inkişafdan qalıb və məvacib də o qədər yuxarı deyil. Mən öz üzərimdə çalışım, bu sahənin təhsilini alım, mənə də eyni qiymətə təklif gəlsin, sadəcə, görünüşünə görə modelliyə aidiyyəti olmayan birinə də. Bu, nə dərəcədə düzgündür?

Bu sahənin çətinliklərinə gəldikdə, Azərbaycanda model kifayət qədər zülm çəkir. Çəkiliş zamanı səhərdən-axşama iş olur, istirahət, demək olar ki, olmur. “Made in Azerbaijan” brendi yaransa, öz markamız olsa, modellik sahəsi inkişaf edər”.


Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol