Ərəblərlə azərbaycanlılar arasında kütləvi dava – Xəsarət alan var

Almaniyanın Bielefeld şəhərində azərbaycanlılar və Türkiyədən olan türklər ilə ərəblər arasında kütləvi dava olub.


Luxlife.az xəbər verir ki, şəhərdə paltar mağazalarınınbirində ərəblərin kobud davranışı mağaza sahibi türkün sərt reaksiyasına səbəb olub.


Onlar arasında qızışan mübahisəni mağazadakı Zamanov Əli adlı azərbaycanlı sakitləşdirmək istəyərkən ərəbin təhqiri ilə üzləşib. Bu zaman azərbaycanlı ərəbə zərbə endirib. Bundan hiddətlənən ərəb onlarla bir qədər sonraya görüş təyin edərək oradan uzaqlaşaraq öz həmyerlilərini götürərək geri qayıdıb. Hadisədən xəbər tutan digər azərbaycanlılar da ora yaxınlaşıb. Nəticədə tərəflər arasında kütləvi dava baş verib. Dava zamanı hər iki tərəfdən yüngül xəsarət alan var. Polis hər iki tərəfi asayişi pozduğu üçün saxlayıb və cərimələyib.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol