Ərdoğan telefonla elçilik etdi – Video

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan telefonla elçilik edib.

Luxlife.az xəbər verir ki, prezident Samsunda Ədalət və İnkişaf Partiyasının bələdiyyə seçkilərində namizədlərinin təqdimatından sonra Vəzirköprü Dövlət Xəstəxanasının həkimi İbrahim Hakkı Karakuşun evlənmək istədiyi qız Secil Usulun ailəsinə zəng edib.

Qızın atası ilə bir qədər söhbət edən prezident nəhayət, Usulu Karakuş üçün istəyib. Atasından müsbət cavab alan Ərdoğan “İki gəncimizi sevindirdir, xeyir işdə tələsmək lazımdır, çox da uzatmayın”,- deyə bildirib. Usulun atasına təşəkkür edən dövlət başçısı gənclərin toyunda da içtirak edə biləcəyini deyib.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol