10 milyon adam Çağatayı izlədi

Çağatay Ulusoyun baş rolda olduğu “The Protector” adlı “Netflix” platformasında yer alan ilk türk serialının izlənmə rəqəmləri bəlli olub.

Luxlife.az xarici mətbuata istinadən xəbər verir ki, ekran işi ilk 4 həftədə 10 milyon nəfər tərəfindən izlənilib.

Serialın uğurundan sonra platforma ekran əsərinin 3-cü və 4-cü mövsümünün çəkiləcəyini də bildirib.

İkinci mövsümün detalları barədə məlumat gözlənilsə də, “Netflix”dən bildirilib ki, yeni mövsümlər 2020-ci ildə yayımlanacaq.

Qeyd edək ki, “La Casa De Papel” serialının aktyorlarının rol aldığı “Elite” serialı ilk 4 həftədə 20 milyon, İngiltərə istehsalı olan “Bodyguard” serialı 10 milyon, İtaliya istehsalı olan “Baby” serialı da 10 milyon dəfə izlənilib.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol