Azərbaycanlı iş adamı Türkiyədə futbol klubu aldı

Загрузка...

Azərbaycanlı iş adamı Türkiyənin aşağı divizionunda iştirak edən futbol klubunu satın alıb.

Minval.info xəbər verir ki, söhbət TFF-nin 2-ci liqasında mübarizə aparan “Darıca Gənclərbirliyi” komandasından gedir. Bu barədə rəsmi olaraq klubdan məlumat verilib.

Bildirilib ki, “Darıca GB” klubu bütün hüquqları ilə azərbaycanlı biznesmen Rauf İsmayılova satılıb.

“Məsələ ilə bağlı üzümüzə gələn həftə təşkil olunacaq mətbuat konfransında ətraflı məlumat veriləcək”.

Məlumata görə, imza mərasimində klubun prezidenti Mücahid Vural və həmyerlimiz Rauf İsmayılov iştirak edəcək.

Загрузка...
  Abunə ol  
Xəbərdar ol