Bağça seçimində bu məqamlara diqqət edin

Bağça, uşaqların təhsilində ilk addımdır desək yanılmarıq. Baxça seçimi, valideynlərin çox həyəcanlı olduğu dövrdür.

Bəs bağça seçimi zamanı nələrə diqqət edilməlidir?

Baxça müəllimi Aynur İmanovanın sözlərinə görə, bağça seçərkən rahatlığa, təmizliyə, müəllimlərin körpələrə rəftarına diqqət etmək lazımdır.

Aynur xanımın Luxlife.az-a verdiyi müsahibəni sizə təqdim edirik:

– Bağça müəllimində hansı keyfiyyətlər olmalıdır?
– “Müəllim öz işinin peşəkarı olmalıdır. Bağça müəllimi dedikdə ilk olaraq səbr, hövsələ başa düşürəm”.

– Uşaqlar hansı yaşda bağçaya qoyulmalıdır?
– “Uşaqlarda bağça zamanı 3 yaşından başlayır. Çünki bu yaşdakı körpələr həssas olurlar. Onlarla qayğıyla, mehriban, təmkinlə rəftar etmək lazımdır.”

– Uşaqların alışma prosesi necə keçməlidir?
– “İlkin mərhələ uşağın bağça, müəlliməyə adaptasiyasından başlayır. Bu problem həll edildikdən sonra başlayır ilkin inkişaf dövrü, nitqin irəlliləməsi, kiçik və böyük motorika, əyləncəli və öyrədici oyunlar.”

– Uşağın tez uyğunlaşa bilməsi üçün nə edilməlidir?
– “Adaptasiya müddəti hardasa bir ay çəkir. Bu zaman müəllimə uşağa səbrlə yanaşmalıdır. Ona rahatlıq verməli, qəti şəkildə sərt davranmamalıdır. Bununla uşaq daha tez müəllimə öyrəşə bilir.”

Unutmayaq ki, doğru bağça seçimi uğurlu təhsilin başlanğıcı deməkdir. Bu səbəbdən bağça seçən zaman hər məqama diqqətlə yanaşmağınız tövsiyə edilir.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol