14 fevralda ayrılan məşhurlar – FOTO

Ötən gün sevgililər öz günlərini qeyd etdilər. Bir-birlərinə hədiyyələr verdilər. Hamısı xoşbəxt idi. Amma 14 fevralda ayrılıq günü kimi qeyd edənlər də az deyil.

Luxlife.az saytı 14 fevralda ayrılan məşhurların fotolarını təqdim edir:

Cennifer Lopez və Şon Komps (P.Diddy)

Məşhur repçi Şon Kombs və müğənni Cennifer Lopez 1999-cu ildə münasibətlərə başlamışdılar. Onlar ilk baxışdan bir-birlərinə vurulmuşdular. Məşhur cütlük artıq evliliyə hazırlaşırdılar. Amma bir hadisə onların ayrılığına səbəb oldu. 2001-ci ildə gecə klublarından birində Şon Kombsun da iştirakı ilə atışma baş verdi. Bunu eşidən Cennifer düşündü ki, belə davakar birinin sevgilisi ola bilməz və Şondan ayrıldı. Bu ayrılıq 14 fevrala təsadüf edirdi.

Siean Miller və Cud Lou

Toylarına bir neçə gün qalmış ayrılan digər bir cütlük isə Siean Miller və Cud Loudur. Bu məşhurlar 2003-cü ildə “Yaraşıqlı Alfi vəya kişilər nə istəyir” filminin kastinqində tanış olublar. Onlar tanış olan zaman Cud Lou evli idi. O sonradan boşandı və Siena ilə evlənmək qərarına gəldi. Amma işlər 2005-ci ildə korlandı. Cud Miller övladlarının dayələri ilə gəzdiyini Siena gördü. Və romantik sevgi bununla da bitdi.

Cennifer Eniston və Castin Teru

Cennifer Eniston və CAstin Teru ilk dəfə 2007-ci ildə rastlaşıblar. Onları “Uğursuz əsgərlər” filminin çəkişi bir araya gətirmişdi. Amma onların sevgi macəraları üç il sonra – 2010-cu ildə başlamışdı. Onlar 2015-ci ildə rəsmi nigaha daxil olmuşdular. Amma onlar da uzun müddət bir arada qala bilmədilər. 2018-ci ilin 15 fevralında onlar ayrıldıqlarını elan etdilər.

Загрузка...