150 illik sualın cavabı — Zebraların zolaqları nə işə yarayır?

İngiltərədə aparılan yeni araşdırma zebraların zolaqlarının nə işə yaradığı barədə suala cavab tapıb.

Luxlife.az xəbər verir ki, zolaqlar ölümcül xəstəlik daşıyıcısı olan at milçəklərinin zebralara qonmasının qarşısını alır. Tədqiqatçılar zebra zolaqlı parça geydirilən atlara milçəklərin daha az yaxınlaşdığını üzə çıxarıb. Bristol universitetindəki alimlərin apardığı araşdırma zamanı at milçəklərinin üzərində zebra zolağı olan parça geyindirilən atlara yaxınlaşmadığı, uçmağa davam etdiləri məlum olub.

Qrupun rəhbəri professor Tim Karo deyib ki, heyvanlara yaxınlaşan milçəklərin sayında fərq olmayıb. Amma milçəklər zebra zolaqlı parçalı atlara yaxınlaşarkən yavaşlamayıb uçaraq keçiblər. Bəzi milçəklərin də son anda ata qonmaqdan vaz keçib uçmağa davam etdiyi müşahidə edilib.

Alimlər zebra zolaqlarının nə işə yaradığı barədə suala Çarlz Darvin dövründən, yəni, 150 ildir ki, cavab axtarırlar. Məsələ ilə bağlı bu günə qədər müxtəlif teoriyalar səsləndirilib.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol