Buğa bürcü

Загрузка...

Buğalar cəmiyyət içərisində parlamağı, seçilməyi xoşlamır, sakit yaşamağı və özünü səbirli aparmağı bacarirlar. Buğalarla ilk görüşü təşkil etmək üçün müəyyən vaxt lazımdır. Kişi Buğalar görüşü təyin etməyə tələsmirlər. Qadın Buğalar tez bir zamanda görüşməyə razılıq vermirlər. Əgər görüş təyin olunubsa, onda siz seçilənlərdənsiniz.


Buğalar komediya teatrını, gülüş doğuracaq filmləri, televiziya verilişlərini izləməyi xoşlayırlar. Onlar incə və səmimi yumoru duya bilirlər. Buğalar bahalı restoranlara getməyi sevirlər . Dadlı yeməklər və şirin desertlər onların ürəyincədir. İştahaları, maşallah yaxşıdır.
Buğalar gözəl əşyaları sevən və qiymətləndirən şəxslərdir. Əgər siz hər hansı bir əşyanı kolleksiya edirsinizsə, mütləq onu Buğalara göstərin. Bu onların çox xoşuna gələcək. Topladığınız əşyanın qiymətini də söyləməyi unutmayın. Bunu soruşmasa da, onun üçün çox maraqlıdır. Amma dediklərinizdə yalan və şişirtmə olmamaq şərti ilə.
Buğalar yalana nifrət bəsləyir, dərhal onu hiss edirlər. Onlar məhəbbətlərini tez-tez etiraf etməklə sevgilini ərköyünləşdirirlər.
Əgər siz Buğalara hədiyyə etmək istəyirsinizsə, onda gündəlik istifadəyə gərəkli əşyalar alsanız daha yaxşıdır, məsələn saat, üzük, qadın Buğalar üçün alçaqdaban ayaqqabı, başmaqlar və s.
Kişi Buğalara hədiyyə almaq istəsəniz, onların zəif yeri boğaz olduğundan kəşmirdən, ipəkdən olan şərf yerinə düşər. Buğalarla söhbət etdikdə intellektual, çətin mövzulardan başlamayın. Filmlərdən, dəbdə olan musiqidən söhbət açsanız, söhbət daha səmimi alınar.


Kişi Buğanın başqa bürclərlə uyğunluğu
Buğa – Qoç. İki bir-birindən ayrı, fərqlənən şəxslərdir. Buğalar onları tələsdirməyi sevmirlər. Qoçlar əksinə, impulsiv hərəkət etməyə meyllidirlər. Bunlar arasında bəzən isti ünsiyyətlər yarana bilər. Ailə münasibətlərində isə bir çox problemlərlə üzləşəcəklər.
Buğa – Buğa. Emosional uyğunluqları vardır. Qadın Buğa sevgidə sentimentaldır. Kişi Buğalar bəzən laqeyddirlər. Münasibətləri xoş ola bilər, amma ailədə dözüm, səbir üstünlük təşkil etməsə, çətin ki, bu uzun müddətli olsun.
Buğa – Əkizlər. Dəyişkən xarakterə malik Əkizlər dəqiq Buğaların tamamilə əksidirlər. Bir çox xüsusiyyətləri onları bir-birinə bağlasa da, ailə üçün bu kifayət etmir. Ailənin uzun müddətli olmasından ötrü qarşı tərəfdən dözümlük və iradə tələb olunur.
Buğa – Xərçəng. Hər ikisi hisslərə qapanandır. Romantik xüsusiyyətləri də vardır. Evdə olmağı çox sevirlər. Hər ikisi sadiqliyi qiymətləndirir. Ailə münasibətləri çox uğurludur. Bir-birini başa düşəndirlər.
Buğa – Şir. Xarakter baxımından bir-birindən fərqlidirlər. Şir həyatsevər, şən olduğu halda Buğalar hisslərini gizlədə bilən və eqoistdir. Şirləri yola vermək çətin olduğu üçün münasibətlər mürəkkəbləşir. Ailə çox vaxt uğurlu sayılmır.
Buğa – Qız. Uğurlu ailə alınır. Hər iki bürc sahiblərinin düşüncələri, istəkləri üst-üstə düşür. Yaranan problemlərin həllində hər ikisi aktiv iştirak edir. Bu da münasibətlərin daha da istiləşməsinə gətirib çıxardır.
Buğa – Tərəzi. Bu münasibətdə Tərəzilər çox emosionaldirlar. Ailədə Buğa başçı olmağa can atır. Hər iki bürc sahiblərinin maraqları eynidir. Münasibətlər  pis deyil, uzun müddətli və daimi ola bilər.
Buğa – Əqrəb. Bu bürc sahiblərinin ünsiyyəti yaxşı sayıla bilər. Bəzi mənfi xüsusiyyətləri yox etməklə, Əqrəblər dözümsüz olsa da, Buğaların səbri münasibətlərin uzun müddətli olmasına imkan verir. Çox vaxt yaranan ailə səadət nümunəsinə çevrilir.
Buğa – Oxatan. Zəka yönümündən bir-birini cəzb etsələr də, ailə-məişət zəminində rabitələri tez qırılır. Məhəbbət bir ildırım parıltısı kimi gurultulu, işıqlı və ani olur. Bir-birinə güzəştə getməmələri ailəni dağıdır.
Buğa – Oğlaq. Əla cütlükdür. Müəyyən yaş həddinə çatandan sonra, bu aydın görünür. Xarakter baxımından bir-birinə çox uyğunluqları vardır. Biri çətinə düşdüyü zaman, digəri onun köməyinə çatır. Hər iki bürcün sakitliyi və səbri harmoniya, ahəngdarlıq yaradır. İşləməyi sevirlər, təmizkardırlar.
Buğa – Dolça. Dolçalar ərköyünlükdən tərslik edir. Bu da narazılıqlara gətirib çıxarır. Çox vaxt Buğalar Dolçalara qarşı çox tələbkar və qısqanc olurlar. Hər ikisi bu münasibətdən çox tez yorulurlar. Bir-birinin başa düşülməməsi ailənin dağılmasına gətirib çıxara bilər. Ehtirasca Buğa Dolça-dan güclüdür, bu da münasibətlərə təsirsiz keçmir.
Buğa – Balıqlar. Bu münasibətdə Buğalar başçı olmalıdır. Balıqlara çox köməyi dəyir. Xarakter baxımından Buğalar Balıqlardan güclüdür. Bir yerdə bu bürc sahibləri xoşbəxt ola bilərlər. Ailədə yaranan bəzi problemlər Balıqların eqoist olmasından irəli gəlir. Balıqlar unutmamalıdırlar ki, Buğalar onlardan çox güclüdür.

Qədim tiirkcə – Ud; Latınca – Taurus;
Farsca – Gav; Ərəbcə – Sur;
Qədim yunanca – Tauros Rusca – Telets