2018-2019-cu il üçün toy makyajı trendləri

Yeni gəlin namizədlərini narahat edən əsas mövzulardan biri də makyajdır. Makyaj həm əsas həm də tamamlayıcı detaldır desək yəqin ki, yanılmarıq. Necə makyaj etməli? Əslində əsas meyar üzə yaraşan makyajın seçilməsidir. Belə olduqda siz özünüzü həm rahat hiss edəcək, həm də normal görüntü əldə edəcəksiniz. Bu yazıda sizə kiçik makyaj trendləri haqda məlumat verəcəyik.

Beləliklə, əgər sadə və şık bir görüntü əldə etmək istəsəniz, bir nöqtəni vurğulamağınızda fayda var. Əgər yanaqlarınız dikdirsə, onda əsas hissə olaraq yanaqlarınızı, gözləriniz iri və cəlbedicidirsə, gözlərinizi və ya dodaqlarınızı daha önə çıxarın.

Təbii görüntü vermək üçün normal kirşan seçdiyiniz halda başqa vasitələrə ehtiyacınız qalmayacaq. Dərinizə təravətli və gənc görüntü verən, doğru seçilmiş kirşan sizi gecənin ulduzu edə bilər.

Qırmızı və ya tünd dodaq boyası. Əgər dodaqlarınızı sevirsinizsə, niyə də onu vurğulamayasınız. Bu zaman mümkün qədər göz makyajını daha az edin. Belə olan halda cazibənizə cazibə qatmış olacaqsınız.

Yox dedirdəcək qədər sadə makyaj. Əslində görüntü bunu deməyə əsas versə də bunun üçün professional iş tələb olunur. Bu il İngiltərə kral ailəsində baş tutan toy mərasimində Meqan Marklın məhz belə makyajı trend halını aldı. Makyaj yox qədər az görünsə də əslində Meqanın makyajına bir sərvət həcmində pul xərclənməsi İngiltərə mediasının diqqətini cəlb etmişdi.

Parlaq göz kölgələri. Belə göz kölgələri bir zamanlar olduğu kimi yenidən aktuallıq qazanmağa başlayıb. Xüsusilə metallik rənglərin dəb olduğu vaxtda göz makyajınızı daha cəlbedici edə bilərsiniz.

Gümüşü göz sürməsi. Bir çox gəlinlər göz makyajına xüsusi önəm verirlər. Belə olan halda gümüşü göz sürməsi sizi daha fərqli və cazibədar göstərə biləcək ünsürlərdən biri ola bilər.

Parlaq makyaj. Parıltılı dəri sağlam, gözəl görüntünün qarantiyası kimi qəbul olunur. Elə isə makyajda ancaq dərinizin parıltısını üzə çıxararaq daha cəlbedici ola bilərsiniz.

Necə bir makyaj seçməkdən asılı olmayaraq çalışın xoşbəxt olun. Belə olduqda gözəlliyiniz üzünüzə mütləq yansıyacaq.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol