2018-ci ildə dünyanın ən gözəl 15 qadını – FOTO

“Smart Women” nəşri 2018-ci ildə dünyanın ən gözəl 15 qadınının reytinqini hazırlayıb. 

Luxlife.az həmin siyahını təqdim edir:

15-ci yeri amerikalı aktrisa Meqan Foks tutub. Bu gözəl qadın bir çox kişinin ürəyini fəth etsə də, onun ürəyi artıq Brayn Ostin Qrin tərəfindən tutulub. 

14-cü yeri məşhur aktrisa Cenifer Eniston tutub. Bu qadın kişilərin ürəyini necə fəth etməyi yaxşı bacarır. 

13-cü yerdə supermodel Kseniya Suxinova qərarlaşıb. Modelin şəxsi həyatı ilə bağlı məlumat azdır, ancaq son vaxtlar o, tez-tez rusiyalı müğənni Dima Bilanla görünür. 

12-ci yerə Kembric hersoqu Uilyamın həyat yoldaşı Ketrin Midlton sahib çıxıb. O, xeyirxahlığı və səmimiyyyəti ilə insanların qəlbini fəth edib.

11-ci yeri avstraliyalı aktrisa Marqo Robbi tutub. O, ötən il tanınmış rejissor Toma Akkerli ilə ailə həyatı qurub.

10-cu yerdə rusiyalı supermodel və aktrisa Natalya Vodyanovaqərarlaşıb. O, təkcə gözəlliyi ilə deyil, eyni zamanda, təmiz qəlbi ilə insanların rəğbətini qazanıb. 

9-cu yeri türkiyəli aktrisa və model Məryəm Üzərli tutub. O, “Möhtəşəm yüz il” serialında canlandırdığı “Hürrəm Sultan” rolu ilə daha da məşhurluq qazanıb. 

8-ci yerə britaniyalı aktrisa Rebekka Holl sahib çıxıb. Aktrisa 2015-ci ildə aktyor Morqan Spektor ilə ailə həyatı qurub. 

7-ci yerdə britaniyalı aktrisa, mode və müğənni Şeril Koul qərarlaşıb. 

6-cı yeri dünyaca tanınmış rusiyalı supermodel İrina Şeyk tutub. O, amerikalı aktyor Bredli Kuperin qəlbini fəth edib. 

5-ci yerdə braziliyalı supermodel, “Maybelline” şirkətinin siması, “Viktoriya Sekterin mələkləri”ndən biri kimi tanınan Adriana Lima qərarlaşıb. 

4-cü yerə amerikalı aktrisa, model və müğənni Cessika Bil sahib çıxıb. O, möhtəşəm qadın, yaxşı həyat yoldaşı və qayğıkeş anadır. 

3-cü yeri amerikalı aktrisa və müğənni Skarlet Yohanson tutub. Bu qadın kişilərin ürəyini fəth etməyi yaxşı bacarır. 

2-ci yerdə amerikalı aktrisa, kinorejissor, ssenarist, fotomodel, BMT-nin sülhməramlı səfiri Ancelina Colidir. O, aktyor Bred Pitin keçmiş həyat yoldaşı və altı uşaq anasıdır. 

1-ci yerə britaniyalı aktrisa Keyt Bekinseyl sahib çıxıb. 

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol