24 ildir danışmadığı bibisinin efirə çıxması Oksananı utandırdı

Rəqqasə Oksana Rəsulovanın 24 ildir bibisi ilə danışmadığı ortaya çıxıb. 

Luxlife.az-ın məlumatına görə, bu haqda “Səni axtarıram” verilişində bildirilib. Belə ki, rəqqasənin bibisi mülk problemi üçün proqrama müraciət edib. 

Veriliş zamanı onun Oksananın bibisi olduğu deyilib. O, 24 ildir qardaşı qızı və ailəsi ilə danışmadığını söyləyib. 

Növbəti gün isə qadın Oksananın ona zəng edib, qınadığını deyib:

“Zəng etdi, dedim bağışla, səhv etmişəm qohumluq əlaqəmi demişəm. Üzr istəyirəm, mən mülkü məsələm üçün gəlmişəm. Deyir, niyə deyirsən efirdə mənim qohumumsan. Səni tanımıram, bunu bildirmə. Eybi yox, olsun. O da qardaşımın balasıdır. Bura öz işim üçün gəlmişəm, mülküm əsarət altındadır”.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol