57 yaşlı Sharon Stone özünü belə təqdim etdi

Bu yaxınlarda Harper Bazaar jurnalı dəlisov Şeron Stounun  çılpaq şəkillərini dərc edib. Aydındır ki, ulduz  bu addımı yenidən mətbuatın və kütlənin diqqətini və fikirlərini özünə çəkmək üçün atıb. Çünki, son zamanlar Stoun demək olar ki, filmlərə çəkilmir.

Bəlkə də bu fotolara baxanlar düşünəcək ki, onda olan pullarnan  və problemsiz həyatnan  əlbətdə belə bədənə sahib olmaq mümkündür. Ancaq, təbii ki, bu kənardan belə görünür. Ulduzun həyatı heç də asan keçməyib.

2001 – ci ildə Şeron Stoun anervizm xəstəliyi keçirir. (Ürək divarlarının qan damarlarının genişlənməsi) Sonra isə az qala qanaxmadan öləcəkmiş. Xəstəxanadan çıxanda o, ayağını çəkirmiş və  kəkələyərək danışırmış. O, hətta kitab oxumağı da yadırğamışdı. Növbəti bir neçə il sonra onun jurnalilst Fil Brounşteynlə nigahı pozulur. Şeron onların onların qəyyumluğa götürükləri oğulları Roan üzərində hüquqlarını itirir. Stoun insult  keçirir. Üç gün sonra xəstəxana palatasında gözlərini açanda həkimə bunu deyib: “Deyəsən mən anama zəng etməliyəm”. Həkim buna razılıq verir və hətta bildirir ki, o,  yaxın zamanda danışmaq qabiliyyətini də itirə bilər.

Aktrisanın anası qızının xəbərini alan kimi, bağçada işlədiyi ev geyimində Pensilvaniyadan uçaraq gəlir. Bir neçə gün sonra angioqrafiya göstərir ki, Şeron Stounda Onurğa arterialının damar partlaması baş verib. Yaranı müalicə etmək üçün, həkimlər ona 22 platin tikiş qoyurlar. Daxili qanaxma zəifləsə də, yalnız 2 gündən sonra dayanır.

Bütün bu hadisələrdən sonra Şeron Stoun anlayır ki, seksuallıq təkcə xarici örtükdən ibarət deyil və o deyir: – “Əgər mən inansaydım ki, seksual olmaq, “Əsas instinkt” (1992) filmində olduğum kimi olmaqdır, yaşamaq bu gün mənə çətin olardı. Mən hiss edirəm ki, bü xəstəliklərdən sonra məndə DNK dəyişib. Mənim beynim başqa cür düşünməyə başlayıb. Mənim yol gedişim , zövqüm dəyişib. Keçirdiyim allergiyalarım  başqa allergiyalarla əvəzlənib”.

Ona sol ayağının addımının tam bərpa olunması üçün aylar lazım olur. Görmə qabiliyyətinin bərpasına  illəri gedir. Bir neçə ay Stoun kəkələmə ilə mübarizə aparır.

İndi isə artıq  o deyir: “ Nəhayət, mən  anladım ki, mükəməl olmaq, bütün yaş dövrlərində illüziyadan başqa bir şey deyil.  Hər şey nisbidir. Mən 1990-cı ildə Playboy jurnalında ilk fotosessiyamdan fərqli olaraq, indi 57 yaşımda özümü daha yaxşı hiss edirəm.

Загрузка...