Acun Şeymaya aldığı villanı satır — Toy hədiyyəsinin qiyməti …

Ötən aylarda Şeyma Subaşı ilə boşanan türkiyəli TV rəhbəri Acun İlıcalı toy hədiyyəsi olaraq aldığı evi satışa çıxarıb.

Luxlife.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Acun Quruçeşmədə yerləşən villanı 13 milyon avroya satır. Keçmiş xanımına toy hədiyyəsi olaraq bağışladığı evi satmasına səbəb isə Acunun Şeymaya əsəbiləşməsi olub. Belə ki, Şeyma boşanma müqaviləsindəki şəxsi həyatı ilə bağlı ictimaiyyətə açıqlama verməməsi barədə müddəanı pozub. Acun isə onu buna görə cəzalandırmaq qərarına gəlib.

Xəbərlərə görə, Şeyma Bəbəkdə özünə 4 otaqlı ev axtarır.

Xatırladaq ki, Ş.Subaşı bir neçə gün əvvəl mətbuata müsahibə verib. O, son zamanlar Acunla eyni şeylərdən həzz ala bilmədiklərini və bu səbəbdən boşandıqlarını demişdi.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol