Adi yumurta İnstagram-da rekord vurdu – VİDEO – FOTO

Ağ fonda çəkilmiş adi yumurtanın fotosu İnstagram-da “like” rekordu vurub.

Luxlife.az bildirir ki, world_record_egg akkauntunda paylaşılmış fotonu bir neçə gün ərzində 38,1 milyon nəfər bəyənib. Beləliklə, yumurtanın fotosu populyarlıq statistikası baxımından amerikalı supermodel Kayli Cennerin yeni doğulmuş qızı Storminin ötən ilin fevralında paylaşılmış fotosunu üstələyib.

Rekordçu paylaşmanın müəllifi world_record_egg akkauntunu İnstagram-dakı lideri “devirmək” üçün yaradıb. “Gəlin birlikdə dünya rekordu vuraq və İnstagram-da ən çox “like” toplamış posta nail olaq. Kayli Cennerə məxsus 18 milyon “like”lıq rekordu yeniləyək”, – anonoim müəllif yanvarın 4-də yumurta fotosunu paylaşaraq yazmışdı.

İlk günlərdə “like” artımı çox deyildi. Lakin yumurtanın fotosu mediada yayılandan sonra yanvarın 13-də “like”ların sayı 13 milyonu keçib.

Rekord vurmuş fotonun müəllifi adını açıqlamır. O, özünü “Britaniyada yaşayan toyuq Henrieatta” kimi təqdim edir. “Henrietta” yumurtaya “Yucin” adını verib.

Kayli Cenner yumurta fotosunun uğuruna operativ reaksiya verib. O, fanatlarının Snapchat-dakı @kylies_snapchat akkauntunda video paylaşıb. Videoda o, qızmar asfaltda yumurta sındıraraq onu bişirməyə çalışır.

Bu ay yapon milyarder Yusaki Maedzava Twitter-də rekord vurub. O, 10 təsadüfi mikrobloqerin hər birinə 100 milyon yena verəcəyini vəd edib. Bu tviti iki gün ərzində 5 milyondan artıq insan paylaşıb.

Bu gün bəlli olub ki, world_record_egg akkauntu Londonda yaradılıb. Hələlik anonim qalan müəllif merçandayzinnq kampaniyasına start verərək aksessuar satışına başlayıb.

21 yaşlı Kayli Cennerin İnstagram rekordu vurmasında müstəsna rol oynamış Paper jurnalı yumurtanı da “vəsf” edib. Jurnalın dünənki sayında sınmış yumurta fotosu və “Break the internet” (“İnterneti qır”) yazısı var.

Загрузка...

1
Bu xəbərə şərh yaz

1 Şərh mövzuları
0 Mövzuların cavabları
0 İzləyicilər
 
Ən çox reaksiya verilən şərhlər
Ən isti şərh mövzusu
1 Şərh müəllifləri
  Abunə ol  
ən yeni köhnə populyar
Xəbərdar ol
Mirze

Burada beyenmeli ne var idi ki? Anlamadim getdi