Afaq Gəncəli: “4 aydır gedirəm” – fotolar

Son günlər məşhur xanımlarımız arasında pilates qalmaqalı yaranıb. 

Luxlife.az-ın məlumatına görə, şou-biznes nümayəndələrinin əksəriyyəti bir müddət əvvəl arıqlamaq üçün fitnesə üz tuturdularsa, indi pilatesə üstünlük verirlər. 

Aparıcı Afaq Gəncəli də pilates sevgisi ilə bağlı paylaşım edib və bunları yazıb:

“4 ay ərzində əldə etdiyim nəticələr məni çox sevindirir. Pilatesə olan sevgimə görə məşqçimə təşəkkür edirəm. Doğrudan da pilatesi çox sevirəm. Hər kəsə də tövsiyyə edirəm. İstəyirəm ki, bizim xanımlar hər zaman gözəl və baxımlı olsunlar”.

Artıq bir neçə aydır sözügedən idman növü ilə məşğul olan müğənni Nigar Camal da Afaqın paylaşımına şərh yazıb. O, “Sabah yüz faiz gedirəm” sözlərini qeyd edib.

Qeyd edək ki, ötən gün müğənni Nura Suri də pilateslə bağlı şərh yazmışdı.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol