Alibaba.com bir dəqiqədə bir milyon qazandı

Загрузка...

Hər ilin 11 Noyabr tarixində Asiya ölkələrində Subaylıq günü kimi qeyd olunur və həmin gündə Asiyanın elektron alış-veriş platformalarında böyük endirimlər keçirilir. Dünənki gün də istisna olmadı və dünən Çinin ən böyük elektron ticarət platforması olan Alibaba yeni rekorda imza atdı. Belə ki, dünən bu platforma 24 saat ərzində 31 milyard dollara yaxın gəlir əldə etdi. Qeyd etmək lazımdır ki, 2013-cu ilə kimi 11 Noyabr tarixi sadəcə olaraq Yalnızlar günü kimi qeyd olunurdu. Lakin sonradan Alibaba Group şirkəti bu günü özünün qlobal marketinq strategiyasına əlavə etdi və hər il həmin gündə böyük endirimli alış-verişlər keçirir.

Həmin vaxtdan bəri şirkətin o gündə reallaşdırdığı satış rqəmləri insanları heyrətə gətirir. Satışlara hazırlaşma və satışların startı isə əsl şouya çevrilir. Beləliklə dünənki endirimli satışların yekun nəticəsi olaraq şirkət ümumilikdə 30.8 milyard dollar gəlir əldə edib. Müqayisə üçün qeyd etmək lazımdır ki, 2015-ci ildə bu göstərici 14.3 milyard dollar, 2016-cı ildə 17.8 milyard dollar, 2017-ci ildə isə 25.3 milyard dollar idi. Maraqlı göstəricilər ondan ibarətdir ki, Alibaba dünənki endirimli alış-verişlərdə ilk 1 milyard dollar qazancı 1 dəqiqəyə, 10 milyard dollarlıq qazancı isə 1 saata əldə edib.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol