“Ana-bacı” söhbəti bir gənci həbsə, birini qəbrə göndərdi – MƏHKƏMƏ

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 1998-ci il təvəllüdlü Emil Heydərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 
Luxlife.az-ın xəbərinə görə, hakim Əliövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 


Hökmə əsasən, E.Heydərov 17 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, qətl hadisəsi ötən ilin dekabr ayının 18-də Sabunçu rayonunda baş verib. Emil Heydərov Sabunçu qəsəbə sakini Nicat Həziyevi qətlə yetirib.


Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 12-ci polis bölməsinin (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş E.Heydərov saxlanılıb. Məlumata görə, 19 yaşlı E.Heydərov qətlə yetirdiyi 1992-ci il təvəllüdlü Həziyev Nicat Qulam oğlu ilə bir məhəllədə yaşayıb.


Polis tərəfindən saxlanılan E.Heydərov bildirib ki, özündən altı yaş böyük N.Həziyevi mübahisə zəminində öldürüb.


O deyib ki, N.Həziyevin qardaşının bəzi hərəkətlərindən xoşu gəlməyib. Belə ki, 25 yaşlı N.Həziyevin qardaşı məhəllədə, evlərinin qarşısında qızla öpüşüb. Bunu görən E.Heydərov həmin şəxsə “hamımızın ana-bacısı var, belə hərəkətlər lazım deyil” kimi irad bildirib. 


Bundan sonra söhbətdən N.Həziyev xəbər tutub və E.Heydərovla söhbətə gəlib. Nəticədə, E.Heydərov N.Həziyevi bıçaqlayaraq qətlə yetirib. 


E.Heydərova qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 228-ci (qanunsuz olaraq soyuq silah saxlama) maddələri ilə ittiham irəli sürülüb.a

Загрузка...