Anar Ağakişiyev məşhur milyarderin qızını ağlatdı – VİDEO

Загрузка...

Azərbaycanlı stilist Anar Ağakişiyevin əl işi məşhur milyarder Rik Hiltonun qızı və tanınmış aktrisa Peris Hiltonu ağladıb.

Publika.az xəbər verir ki, stilistin bir neçə gün əvvəl İnstaqramda paylaşdığı videosu dünyanın müxtəlif saytlarında müzakirə mövzusu olub. Stilist uşaq vaxtı bədbəxt hadisə nəticəsində üzü yanmış xanımı makiyaj edib. O, həmin xanımın makiyajdan əvvəl və sonrakı görüntülərini sosial şəbəkədə paylaşıb. Anar etiraf edib ki, bu, onun 18 illik karyerasında ən çətin və dəyərli işidir:

“11 yaşında başına gəlmiş dəhşətli faciəyə görə bu günə kimi heç vaxt makiyaj etməyib. İlk dəfə ona makiyaj etdim və güzgünü bağladım. Gəlin bir-birimizi xoşbəxt etməyə çalışaq. Çox şadam ki, ona bu sevinci bəxş edə bildim”.

Çoxlarını təsirləndirən video 3,4 milyondan çox izlənib. Peris Hilton da makiyaj ustasının bu işindən çox təsirləndiyini qeyd edib:

“Bu video məni ağlatdı, hekayə mənə çox təsir etdi. Çox gözəldir”.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol