“Arvadı Sərdar Ortaçdan qurtulmaq istəyir”

“Xloenin Sərdar Ortaçı çox sevdiyini düşünmürəm. Bu günə qədər ona yaxın olduğunu görmədim. Çox soyuq və tərs qızdır. Sərdar xəstə olduğu zamanlarda ona qayğı göstərən biri ilə birlikdə olmalı idi. Gözəlliyi filan önəmli deyildi”.

Luxlife.az xəbər verir ki, bu sözləri “İkinci sayfa” proqramında qonaq olan türkiyəli müğənni Yeliz Yeşilmen Sərdar Ortaç və həyat yoldaşı Xloe haqqında söyləyib.

O bildirib ki, Xloe Sərdardan istifadə edir:

“Elə bil ki, Sərdardan qurtulmaq istəyir, amma gedə bilmir. Bilmirəm vicdanından belə edir, yaxud aralarında anlaşma filan var deyə… Sərdarı illərdir tanıyıram. Qadını itirməmək üçün xoş sözlər, əlindən tutmaq kimi hərəkətlər edir. Ancaq düşünürəm ki, yetər! Özünü bu qədər əzdirməsin. Sanki Xloe ulduzdu, Sərdar isə köməkçisi. Neçə ildə bir övladı olmalı idi. Sərdar da geridə bir iz buraxmalıdır. Övladın yoxdursa, ailə ola bilməzsən. Sərdara görə pis oluram. Xloe indi ərinin adından istifadə edib, faydalarından yararlanır”.

Sərdar Ortaçdan isə bununla bağlı heç bir açıqlama gəlməyib.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol