Загрузка...

Benzinin qiymətinin qalxması avtomobil bazarına necə təsir göstərdi?

Bu məqaləni qiymətləndir
(0 səs)

Ötən həftə benzinin qiyməti bahalaşandan sonra bəzi avtomobil salonlarında müştəri böhranı yaşanır.

Paytaxtda fəaliyyət göstərən avtomobil salonlarından FED.az-a verilən məlumata görə, alıcıların azalması idxala da təsir edir.

“Porshe” Bakı mərkəzinin satış meneceri Adil Əliyev bildirib ki, “Porshe”nin təklif olunan bütün modellərinin mühərrik həcmi yüksəkdir və Aİ 98 - Aİ 95 markalı benzinin istifadəsi üçün nəzərdə tutulub.

Satış meneceri deyir ki, benzinin qiyməti bahalaşandan sonra mühərrik həcmi böyük olan avtomobillərin alıcıları azalıb: “Benzin bahalaşandan sonra müştərilər bizə müraciət edib soruşurlar ki, “Mühərrik həcmi böyük olan avtomobillərə Aİ 92 markalı benzin vurmaq olarmı?”. Təbii ki, bunu bilməyənlər Aİ 92 markalı benzindən istifadə edib maşınlarını xarab edəcəklər. Benzinin qiyməti ilə bağlı olaraq müştərilərimizin azalması bir müddət də davam edə bilər və bu da bizim avtmobil idxalımıza təsirsiz ötüşməyəcək”.

Satış meneceri onu da deyib ki, benzinin qiymətinin bahalaşması və alıcı sayının azalmasına baxmayaraq təklif etdikləri avtomobillərin qiymətlərində dəyişiklik etməyiblər.

“Toyota”nın Bakı ofisindən deyiblər ki, onlarda Aİ 98 markalı benzin ilə çalışan avtomobillər yoxdur. 2017-ci il istehsalı olan RAV 4, Land Cruiser, Camry modelləri isə Aİ 95 markalı benzin ilə işləyir.

Bakı mərkəzinin satış məsləhətçisi Tural Məmmədov bildirib ki, avtomobilləri müştərilərin sifarişi əsasında gətirirlər. Benzinin qiymətinin bahalaşmasından sonra burada müştəri azalması hələ ki, müşahidə olunmur. Amma bildirdilər ki, məhz bu səbəblə mühərrik həcmi daha kiçik olan avtomobillərin alışı üçün müraciətlər arta bilər. Mərkəz tərəfindən ehtimal olunur ki, bu benzinin qiymət artımı mühərrik həcmi böyük olan avtomobillərin sifarişinə də təsir edəcək.

“KIA”nın Bakı mərkəzindən də deyiblər ki, Avro 4-ün dəstəklədiyi avtomobil modelləri, yəni Rio, Serato, Optima, Cadenze Aİ 95 markalı benzin ilə işləyir. Mərkəzin satış meneceri Gündüz Məhərrəmli bildirdi ki, “KIA”nın Bakı nümayəndəliyində Aİ 98 mərkalı benzin ilə işləyən avtomobil modelləri satılmır.

Satış menecerinin sözlərinə görə, avtomobil idxalına daha çox dollar və gömrük qiymətləri təsir etsə də, benzinin bahalaşmasının satışa mənfi təsir edəcəyi ehtimal olunur.


“Volkswagen” avtomobil markasının Bakı ofisindən bildiriblər ki, burada satılan bütün modellər Aİ 95 markalı benzinlə işləyir, Aİ 98 markalı benzinlə çalışan avtomobil modelləri yoxdur.

Mərkəzin satış meneceri Fikrət Məmmədov dedi ki, onsuz da satışlar aşağıdır. Benzin qiymətinin bahalaşmasının müştəri sayına təsirini zaman göstərəcək.

“Hyundai” Azərbaycanın satış meneceri Güntəkin Mədətova bildirib ki, təklif etdikləri bütün avtomobil modelləri Aİ 95 markalı benzin ilə çalışır və Aİ 98 markalı benzin ilə çalışan modelləri ümumiyyətlə yoxdur. Onun sözlərinə görə, təqdim etdikləri avtomobil modellərindən qənaət keyfiyyətinə görə ən üstün olanı Elantradır, daha çox yanacaq sərf edən model isə Grand Santafedir.

Satış meneceri deyir ki, benzinin bahalaşması alıcıların azalmasına hələlik o qədər də təsir etməsə də, gələcəkdə ehtimal olunur. Onsuz da dolların bahalaşması avtomobil alıcılığına kifayət qədər mənfi təsir göstərib: “Dollar bahalaşmamışdan əvvəl satışımız çox yaxşı idi. Benzinin bahalaşması da alıcıların azalmasına mənfi təsir göstərəcək”.

Okean Avtosalonun satış müdiri Əlişir Hacıyev deyir ki, 2014/15-ci il istehsalı olan avtomobillər( KIA Optima, yeni Santafe,) Aİ 95, 2010/11/12-ci il istehsalı olanlar isə(Hyundai Elantra) Aİ 92 markalı benzin ilə işləyir. 2017-ci il istehsalı olan avtomobillər(Lexus 5,7) Aİ 98 markalı benzin ilə çalışır.

Avtosalonun satış müdiri fəsilə görə benzin dəyişməklə bağlı məsələyə də aydınlıq gətirərək dedi ki, bu, benzinə aid deyil. Fəsil ilə əlaqədar olaraq əsasən dizel və yağda dəyişiklik olunur.

Salondan bildiriblər ki, benzinin qiymətində qeydə alınan son bahalaşma satışlara təsir etməyib.

Luxlife.az

0 awesome comments!
Oxu 256 dəfə
Загрузка...
Загрузка...
Загрузка...