Загрузка...

Azərbaycanda dizel və benzinlə bağlı VACİB XƏBƏR

Bu məqaləni qiymətləndir
(0 səs)

Ötən həftə Azərbaycanda “Aİ-95” (“Premium”) və “Ai-98” (“Super”) markalı benzin bahalaşıb.

Hər iki markadan olan benzinin 1 litrinin pərakəndə satış qiyməti 0,20 manat artaraq, müvafiq olaraq 1,25 və 1,50 manata çatıb.

Qiymət artımı “Aİ-92” və dizel yanacağının qiymətində müşahidə oluna bilərmi?

İqtisadçı Natiq Cəfərli Metbuat.az-a açıqlamasında bildirib ki, “Aİ-92” və dizel yanacağının qiymətini dövlət tənzimləyir:

“Bu il “Aİ-92” marakalı benzinin qiyməti 1 dəfə qalxıb. Amma dizelin qiyməti qalxmayıb. Hazırda “Aİ-92” marakalı benzinlə dizelin qiyməti arasında böyük bir fərq yaranıb. Belə bir fərq heç vaxt olmayıb. Ehtimal olunur ki, kənd təsərrüfatında yığım mövsümü bitəndən sonra, təqribən dekabr ayının ortalarına kimi dizelin qiyətində artım olsun. Mövsümün bitməsini ona görə gözləyirlər ki, kənd təsərrüfatında dizel böyük həcmdə istifadə olunur və qiymətlərə təsir göstərir. Bu proses bitdikdən sonra dizelin qiymətinin qalxması daha yüksəkdir. Mənə elə gəlir ki, “Aİ-92” markalı benzinlə dizel arasındakı qiymət fərqini azalatmaq üçün addım atıla bilər”.

Luxlife.az

0 awesome comments!
Oxu 341 dəfə
Загрузка...
Загрузка...
Загрузка...