Aybaşıönü sindrom

Загрузка...

Aybaşıönü sindromu aybaşıya 2-10 gün qalmış baş verən və aybaşı başladıqdan sonra keçib gedən bir sıra simptomlardır. Simptomlar neyropsixi, vegetativ – damar və mübadilə-endokrin pozulmaları şəklində təzahür edir. Əsasən sindromun inkişafına səbəb aybaşı tsiklinin ikinci yarısında esterogenlərin çoxluğu və progesteronun azlığı güman edilir. Bu hormonun azlığı isə öz növbəsində tez yorulma, adinamiya, ödemlər, sidiyin azalması, süd vəzilərinin şişkinləşməsi və s. simptomların inkişafına səbəb olur. Aybaşıönü sindromunun yaranması amillərinə stresslər, neyroinfeksiyalar, ağırlaşmış doğuşlar və abortlar daxildir. Bu zaman xəstələrdə miqren tipli baş ağrıları, ürəkbulanma, qusma, qarının köpməsi baş verir.
Klinikası:
Bu və ya digər əlamətlərin üstünlük təşkil etməsindən asılı olaraq, aybaşıönü sindromunun sinir-psixi, ödem, sefalgik və kriz formaları ayırd edilir.
Aybaşıönü sindromu zamanı xəstələrdə zəiflik, aqressivlik, tərləmə, qaşınma, pulsasiyaedici baş ağrıları, qusma əlamətləri, kriz formasında hətta arterial təzyiqin yükəlməsi, döş qəfəsində ağrılar müşahidə olunur.
Xəstəliyin müalicəsində psixoterapiya, əmək və istirahət rejimi normallaşdırılır, pəhriz təyin edilir. Xəstəyə aybaşı tsiklinin ikinci fazasında qəhvə, şokolad,duz və mayenin məhdudlaşdırılması məsləhət görülür.Simptomlara görə müalicə təyin edilir.