Aygün Kazımova: “Brilliantla küsülü deyiləm”


Xəbər verdiyimiz kimi, xalq artisti Aygün Kazımova “Asan Radio”nun qonağı olub.

Luxlife.az-ın məlumatına görə, müğənni izləyicilərdən gələn sualları cavablandırıb.

Sənətçi “Brilliant Dadaşova və Tünzalə Ağayeva ilə nə vaxt barışacaqsınız” sualına “Heç kimlə küsülü deyiləm. Həyatda nifrətlə yaşayan insan deyiləm, ona görə insanlara fərqli yanaşıram. Digər sənətçilərlə isə nadir hallarda görüşürəm” deyə, cavab verib.

Qeyd edək ki, sənətçilər arasındakı küsülülük 2013-cü ildə “Kral Müzik Ödülleri”nə namizəd kimi qatılıb, qalib ola bilməməsindən sonra yaranıb. T.Ağayeva isə eyni tədbirə qatıldığı Kazımovaya “salam” vermədən keçib və bu da xalq artistinin xoşuna gəlməmişdi.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol