Aygün oxudu, Ayan oynadı – 3 ildir küsülüdürlər

Baş tutan tədbirlərdən birində küsülü olan xalq artisti Aygün Kazımova və müğənni Ayan Babakişiyeva üz-üzə gəliblər. 

Luxlife.az obyektivinə tuş gələn ifaçılar gecə boyunca bir-biri ilə salamlaşmayıb, hətta ayrı masalarda oturaraq, bir-birini görməzdən gəliblər. 

Bir vaxtlar yaxın rəfiqə olan Kazımova və Babakişiyevanın niyə küsdüyü məlum olmasa da, onlar 3 ildir danışmır. Hətta ifaçılar bir-brini sosial şəbəkədə qara siyahıya da atıblar. 

Küsülü olmalarına baxmayaraq Aygün səhnəyə çıxıb mahnı oxuyan zaman Ayan rəqs etməyə başlayıb. Həmin an lentə aldığımız görüntüləri təqdim edirik:

Загрузка...