Azərbaycan qızları nəyə görə özlərindən 10-15 yaş böyük kişilərə aşıq olurlar? MÜZAKİRƏ

Azərbaycanda özündən 10-15 yaş böyük kişilərə aşiq olan qadınların sayı artıb.

Bu sözləri Oxu.Az-a açıqlamasında psixoloq Aytən Ələkbərova deyib.

Onun sözlərinə görə, son dövrlər bu vəziyyətə görə yaşanan problemlərlə müraciət edən xanımların sayında artım var:

“20 yaşlı qızların özlərindən 10 yaş böyük kişilərə aşiq olması onlarda ciddi ürək xəstəliklərinə, vegetativ nevroz və sağlam düşüncənin pozulmasına gətirib çıxara bilir. Bəzən bu, bağlılıq hissi olur. Lakin əgər gün ərzində fikirlərini toplaya bilmirlərsə, hər yerdə o şəxsi görürlərsə, bu artıq aşiq olduğuna işarədir.

Ümumiyyətlə qadınların aşiq olma yaşları bölünür. 17, 18, 20 yaşlarında qızlarda buna daha çox rast gəlinir.

Statistikaya görə, qadınların bu yaşlarda aşiq olması “Adel” sindromuna gətirib çıxarır. 40-45 yaş qrupları arasında kiməsə aşiq olan qadınlarda isə bu sindrom özünü daha güclü göstərir”.

Bəs siz nə düşünürsünüz, əziz oxucular? Bu cür hallar niyə baş verir? Qızllar öz həmyaşıdlarına güvənmirlər? Yoxsa yaşıdlarına uşaq kimi baxırlar? Bəlkə 10-15 yaş böyük kişinin maddi təminatının daha yaxşı olduğunu düşündükləri üçün belə edirlər?

Fikirlərinizi aşağıdakı şərh bölməsində yaza bilərsiniz.

Загрузка...

3
Bu xəbərə şərh yaz

3 Şərh mövzuları
0 Mövzuların cavabları
0 İzləyicilər
 
Ən çox reaksiya verilən şərhlər
Ən isti şərh mövzusu
3 Şərh müəllifləri
  Abunə ol  
ən yeni köhnə populyar
Xəbərdar ol
Nuray

Məncə qızlar daha çox imkanlı kişilər axtardıqları üçün.

Murad

Məncə gənc qızlar daha cidd kişilərlə ilişki qurmaq istəyirlər. Ona görə özlərindən yaşlı kişiləri seçirlər. Tutaq ki, 21 yaşında bir oğlan uşaqdır. Çoxları da geydir. Yazıq qız yaşlı kişi tapmasın bəs neyləsin?

Qazan

Qızlar meyl eləmir. Yaşlı kişilər onların başlarını bişirə bilirlər.