Azərbaycanda bir kişinin iki arvad saxladığı evdən videoreportaj

“Xəzər” televiziyasında Xoşqədəm Hidayətqızının aparıcılığı ilə yayımlanan “Səni axtarıram” verilişinin dünənki buraxılışı maraqlı hadisənin üstünü açıb.

Luxlife.az-ın xəbərinə əsasən, qızı Ayşənin axtarışına çıxan Məleykə adlı qadın 30 ildir ki, günüsü ilə (ərinin ikinci həyat yoldaşı) eyni evdə yaşayır. Ağsu rayonundan olan ailə, bir kişi, iki həyat yoldaşı və səkkiz uşaqdan ibarətdir. Qadın bildirib ki, ərinin eyni evdə ikinci arvadı saxlamasına normal yanaşır.

Sözügedən proqramda daha bir maraqlı an yaşanıb. Belə ki, Ayşənin itməsində adı hallanan Asif adlı şəxsin atası proqramın tarixi ərzində ilk olan vəd verib:

“Ayşəni kim tapıb studiyaya gətirsə, öz “Cip” maşınımı həmin adama hədiyyə edəcəyəm”.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol