Azərbaycanda kruiz səfərləri təşkil olunacaq

Загрузка...

Yaxın gələcəkdə Azərbaycanda dəniz turizmi, o cümlədən kruizlər səfərləri təşkil olunacaq.

“Report”un verdiyi xəbərə görə, bu barədə Azərbaycan Turizm Assosiasiyasının rəhbəri Nahid Bağırov məlumat verib.

“Xəzər dənizinin potensialından istifadə imkanları var. Bu, sahilyanl ölkələrilə turizm əlaqələrini canladıracaq və sıx iqtisadi münasibətlər yaradacaq”, – deyə o, qeyd edib.

Bundan başqa, Assosiasiya rəhbərinin sözlərinə görə, Bakı-Tbilisi-Qars, eləcə də İrana dəmir yolu xətlərinin açılışı da kütləvi turizmin inkişafına təkan verəcək:

“Bunun üçün turist qatarlarının marşrutları işlənib hazırlanmalıdır. Qonşu respublikalardan turistləri cəlb edə bilərik. Qatar turizminin inkişafı “Böyük ipək yolu”nun inkişafında yeni mərhələ olacaq”.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol