Azərbaycanda qadınlar ətlik dana kimi baxanlar

Azərbaycan gündəmini daha bir intihar xəbəri zəbt etdi. Bu dəfə 17 yaşlı Gülər İsmayılova zorla başqasına ərə verildiyi üçün nişanından bir gün öncə intihar etdi.

BAKU.WS xəbər verir ki, gənc qızın universitetdə oxuyan sevgilisi olsa da, valideynləri onu nədənsə başqasına ərə verməyə hazırlaşdığı məlum olub.

Baş verən olay ölkə ictimaiyyətində böyük etirazla qarşılanıb. Hər kəs ürək ağrısı ilə 17 yaşlı Gülərin xəbərini paylaşaraq onun valideynləri tərəfindən qurbana çevrilməsini yazıb.

21-ci əsrdə zorla qız ərə vermək cəhalətini tənqid edən ictimaiyyət nümayəndələri bu yolla qız uşaqlarının qurbana çevrilməsini sərt tənqid ediblər.

Mövzuya münasibət bildirənlər arasında Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova da olub. O, seçim hüququnu əngəlləyənlərin cəzalanmasını tələb edib:

“Zaqatalanın kəndində 17 yaşlı bir qız təhsilini davam etdirmək oxumaq arzusuyla yansa da, onu uşaqlıqdan ətlik dana kimi ər evi üçün yetişdirirdilər.

Avqusta toy təyin etmişdilər. Bir gün qız özündən asılı olmadan avtobusa minir və Bakıya gəlir.

Heç nə xatırlamadan. Şüuraltısı onun əvəzinə qaçmaq qərarı verir. Təbii ki, onu qaytarırlar.

Dünən, nişana bir gün qalmış həmin qız özünü tövlədə asıb öldürdü. Bütün qadın QHT-lərinə səslənirəm!

Şəxsin istəyinin əleyhinə, onun seçim hüququnu əngəlləyənlərin cəzalanmasını tələb edirəm və edək!”

Gənc qızın zorla ərə verilməsi birmənalı olaraq qəbul edilməsə də, ancaq intihar da çıxış yolu deyil. Bu və digər hallarda, seçim hüquqları əllərindən alınan qızlar daha səbrli olmalı və özünə qəsdi çıxış yolu bilməməlidir.

Bütün problemlərdən çıxış yolu olduğu üçün gənc yaşında intihar birmənalı olaraq zəiflik və mübarizədən çəkilməkdir.

Əziz və gözəl qızlarımızı bu tip hallarda hüquq müdafiəçiləri, sosioloq və psixoloqlarla danışmağa və onlardan istənilən problemlərin həllində çıxış yolu tapmağa dəvət edirik.Bütün hallarda maarifləndirmə işləri aparılmalıdır.

Xüsusən də valideynlər yeniyetmə övladlarına qarşı diqqətli olmalıdır. Araşdırma onun göstərir ki, intihar edən şəxslərin əksəriyyəti təkrar intihara cəhd edənlərdir. Buna görə də birinci mərhələdə bu cür insanlara psixoloji dəstək mütləq lazımdır.

Xatırladaq ki, 2017-ci ildə Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə prokurorun göndərişi və şikayətlər əsasında 3 214 meyit gətirilib ki, onların da 495 nəfəri intihar hadisəsi ilə bağlıdır. 2016-cı ildə isə bu rəqəm 327 idi.

Rəsmi məlumata görə həmin ildə 327 intihar-tamamlanmış suisid, 470 tamamlanmamış susid qeydə alınıb. Ən çox intihar hadisəsi isə 2015-ci ildə olub.

Həmin ildə 525 nəfər özünə qəsd edib.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol