Azərbaycanda süd məhsulları sürətlə bahalaşır – Yeni qiymətlər

İqtisadçı Samir Əliyev həyacan təbili çaldı.

“Milla xamaları (20%-lik, 300 q) sürətlə bahalaşır. Yanvarın əvvəli 1,56 AZN-ə, ortası 1,77 AZN-ə, fevralın əvvəli isə 1,96 AZN-ə qalxıb. Dekabrda isə yanvar ayı ilə müqayisədə daha ucuz idi. Həmin xamanın 25%-liyi isə bu müddətdə 1,60 AZN-dən 2,15 AZN-ə yüksəlib. Bir sözlə, son 1-2 ayda bu YERLİ məhsullar təxminən 35% bahalaşıb”.

Samir Əliyev

Bizimyol.info xəbər verir ki, bunu iqtisadçı Samir Əliyev öz feysbuk səhifəsində yazıb. Onun sözlərinə görə, bunlar hələki bir məhsul növü üzrədir” İqtisadçı yazır: “Yəqin ki digər məhsullarda da bahalaşma var. Nə baş verir? Dollar bahalaşmayıb. Bəlkə vergi qanunvericiliyinə edilmiş dəyişiklikə bağlıdır? Hər halda araşdırılmalı mövzudur”.

O sonda qeyd edib ki, məlumat özünün daimi müştərisi olduğu “Bizim market” supermarketinin qiymətləri əsasında hazırlanıb.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol