Azərbaycanlı deputatın oğlu xaricdə müəmmalı şəkildə öldü.

Milli Məclisin deputatı Əsabil Qasımovun oğlu faciəli şəkildə dünyasını dəyişib.

Deputatın 29 yaşlı oğlu Elçin Qasımov İsveçrədə xizək qəzasına düşüb. Hadisə nəticəsində ağır kəllə-beyin travması alan gənc dünyasını dəyişib.

“Qafqazinfo” Əsabil Qasımovla əlaqə saxlayıb. Millət vəkili faktı təsdiqləyib. O, bildirib ki, hadisə bir neçə saat öncə baş verib.

Allah rəhmət eləsin!

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol