Az yatmağın zərərləri

Çox sevirik yuxusuz qalmağı, yuxuya müqavimət göstərməyi. Amma, ertəsi günü çətin keçir, zəhər edir həyatı. Olduğumuzdan fərqli ruh və bədən hallarına salır bizləri, beynimizi bulandırır.

Bu da, az yatmağın böyük ehtimalla bilmədiyiniz zehni və fiziki təsirləri:

1. Soyuqdəymə

164 nəfərlə aparılan bir araşdırmaya görə, gündə 5 saatdan az yatan insanlar soyuqdəyməyə daha meylli olurlar.

2. Yanlış Qərarlar Verməyinizə Səbəb Olur

Mütəxəssislərə görə, yuxusuzluq çəkdiyiniz vaxtlarda yaradıcılığınız azalır, yaddaşınız zəifləyir, düşünmə qabiliyyətinizdə gözlə görülən bir azalma olur və verdiyiniz qərarlar ümumi olaraq səhv olar.

3. Mədə Problemləri

Yatmamaq, odlu bağırsaq xəstəliyinin simptomlarının görülməsinə səbəb ola bilər.

4. Beyin Funksiyaları İflasa Uğrayar

Yuxu problemləri yaşadığınız anlarda, yaddaşınızın normaldan daha zəif olduğunu hiss edirsiniz, elə deyilmi? Yuxunun, yaddaşın gücləndirilməsi mövzusundakı əhəmiyyəti danılmazdır. Bununla yanaşı yaddaş sistemimiz psixoloji gizliliyini qoruduğu halda, bir çox araşdırma yuxunun pərdə arxasında qulluq və mühafizə funksiyası gördüyünü iddia edir.

5. Öyrənmə Çətinliyi

Yuxu məhdudiyyətləri, yeni məlumatların işlənməsinə və xatırlanmasına maneə törədir.

6. Duyğulardakı Get-gəllər

Yuxusuz qaldığımızda, narahat edici xəbərlərə qarşı həssaslığımız artır.

7. Baş ağrısı və Miqren

Yuxu səviyyəsindəki azalma, miqren, yuxu apnesi və baş ağrısı ilə əlaqəlidir.

8. Cinsi Problemlər

Sağlam bir cinsi həyat və cinsi istək üçün nizamlı yuxu lazımdır.

9. Azalan Görüş

Yuxudakı azalma, bulanıq görmə kimi müxtəlif görmə narahatlıqları ilə əlaqəlidir. Həddən artıq yuxusuzluq vizual çaşqınlıq və hallyusinasiyalara səbəb olur.

10. Orqanizminiz Özünü Yeniləyə Bilmir

Gündəlik olaraq sərf etdiyimiz enerjini gecə ərzində yenilədiyimizi, orqanizmin sağlam qala bilməsi üçün bunun zəruri olduğunu deyir elm adamları. Hətta beynin içərisində bir çox genin yalnız yuxu zamanı fəallaşdığı və bu genlərin yeniləmə və metabolik yol ilə əlaqəli olduğu ortaya çıxarıldı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.