Bentley yeni Continental GT təqdim edib - FOTOLAR

Bu məqaləni qiymətləndir
(0 səs)

Bir sıra elanlardan və casus fotolarından sonra Bentley Motors şirkəti yeni Continental GT-nin sirrini rəsmi surətdə açdı.

Möhtəşəm avtomobilin təqdimatı isə Frankfurtdakı beynəlxalq avtosalonda keçiriləcək.

Yeni nəsil Bentley Continental GT əvvəllər də güman edildiyi kimi, gözəl Bentley EXP 10 Speed 6 Concept-dən bir sıra üslub həlləri alıb. Baxmayaraq ki, ikiqapılı avtomobil tanınan dərəcədə dizayna malikdir, o, daha cəlbedici, aqressiv və dəbli alınıb.

Yeni nəsil Bentley Continental GT-nin ölçüləri elə də çox dəyişməyib. Lakin şirkətdən bildiriblər ki, avtomobilin qabaq oxu 135 mm qabağa dartılıb. Bunun sayəsində avtomobilin qabaq hissəsi yüngülləşib, kapot isə uzanıb. Yeniliyin uzunlluğu 4805 mm, eni 1954 mm, hündürlüyü isə 1392 mm-dir.

Yeni nəsil kupe Bentley Continental GT tam yeni mühərrik – 6.0 W12 TSI alacaq. Bu aqreqat 635 a.g.-ə, 900 Nm-ə malikdir. Avtomobil ikimuftalı yeni 8-diapazonlu avtomat sürət qutusu alıb. O, ilk yüzlüyə 3,7 saniyəyə sürətlənir, maksimal sürət isə 333 km/saatdır.

Bununla belə, gələcəkdə avtomobil daha məhsuldar və sakit versiya alacaq. Bildirilir ki, yeni nəsil model üçün 8-silindrli mühərrik, o cümlədən 6-silindrli mühərrikin daxil olduğu hibrid güc qurğusu əlyetərli olacaq.

Yeni Bentley Continental GT-nin seriyalı istehsalı 2017-ci ilin sonlarında başlayacaq. İlk çatdırılma isə 2018-ci ilin yazına planlaşdırılır.

Luxlife.az

View the embedded image gallery online at:
http://www.luxlife.az/az/auto/3288.html#sigProId28e57d9b94

Oxu 89 dəfə
Bu kateqoriyalar haqqda daha çox « Diqqət! Bu yol bağlanır
Загрузка...