Qadın və kişi arasında 15 böyük fərq - SİYAHI Xüsusi

Bu məqaləni qiymətləndir
(0 səs)

Bəzi insanlar bunları ikili standart kimi qəbul edə və qəzəblə qarşılaya bilər.

Həqiqəti sevənlər isə bizi haqlı bilib gülümsəyəcəklər. Çünki həqiqətən də qadınlar və kişilər arasında bir çox fərqlər var.

İndi bəhs edəcəyimiz 15 fərq iki cins arasındakı uçurumu bizə açıq göstərəcək.

1. Təmizlik vərdişi

Kişilərin hamamında sabun, ülgüc və maksimum 5 ləvazimat ola bilər.

Qadınlarda isə o qədər çox gözəllik ləvazimatı var ki, bunları yerləşdirmək üçün dolablar kifayət etmir.

Makiyaj ləvazimatları çoxaldıqca, hamamda yeni rəflər əlavə olunur.

2. Yatmaq

Kişilər hər yerdə yata bilərlər. Hətta bir çoxu divanda yatmağı, yataqda yatmaqdan üstün tutur.

Qadınlarda isə vəziyyət fərqlidir. Onlar ən rahat yataqlarda, ən lüks yastıqlarda yatmağı sevirlər.

3. Zarafat anlayışı

Kişilər hər hansı mövzunu əyləncəyə çevirə bilərlər. Mövzuya uyğun olsa da, olmasa da zarafata gülürlər.

Qadınlar isə zarafat mövzuya uyğun deyilsə, tez inciyə bilərlər.

4. Yemək

Kişilər gəzintiyə, alış-verişə çıxarkən əsasən ət və ət məhsullarını yeməyə üstünlük verirlər. Həftənin bütün günləri ət yeməkləri yeməkdən imtina etmirlər.

Qadınlar isə yeməyin dadından çox görünüşünə önəm verirlər. Buna görə də onları yeməyi yemək deyil, hazırlamaqdan narahat olurlar.

5. Rənglər, dekorasiya və dizayn

Kişilər mavi saata baxanda “bu mavidir” deyirlər. Qadınlar isə “Bu bənövşəyidir” deyirlər. Kişilərin ən sadə rəngləri seçə bilmədiklərini deyirlər.

Eyni məntiq estetika və dizaynda da özünü göstərir. Elə bu səbəbdən də kişilər evin dizaynına heç qarışmırlar. Öz fantaziyalarını yalnız qarajda tətbiq edirlər.

6. Moda

Kişilər üçün moda bir köynək və bir şalvardan ibarətdir. Qadınlar isə daha çox seçimlərə ehtiyac duyurlar. Kiçik dəyişikliklər etməklə yüzlərlə kombinasiya yarada bilirlər.

7. Uşaqlar və heyvanlar

Qadınların uşaqlar və heyvanlar ilə bağlı davranışları həddən ziyadə olur.

Qadınlar itlərə bir oyuncaq kimi baxdıqları halda, kişilər üçün isə itlər ən sədaqətli və yaxın dostdurlar.

Kişilər uşaqları hər davranışlarına görə danladıqları halda, qadınlar düşünürlər ki, dəcəllik etmək onların haqlarıdır.

8. Avtomobil

Qadınlar avtomobil ilə bağlı hər hansı bir problem kimi görürlər. Kişilərdə isə tam əksinədir. Maşın məsələsi onlar üçün ən asan işdir. Sürücülük kişilərin təbiətindədir.

9. Texnologiya

Texnologiya sahəsində xüsusi istedad tələb olunan mövzularda qadınlar ruhsal bir qabiliyyətə sahibdirlər. Onlar sadəcə texnologiyaların imkanlarından yararlanmağa çalışırlar.

Kişilər isə hər detalın necə çalışdıqlarını öyrənməyə çalışırlar. Sonda bütün işləri korlayırlar.

10. Duyğular və stress

Stress mövzusunda hər iki tərəf bir-birindən fərqlidir. Kişilər hər problemin həllində özlərini cavabdeh hesab edirlər. Problemi həll etməyə çalışırlar.

Qadınlar isə problem yaranarkən panikaya düşürər. Panik halında problemin həllinə çalışırlar.

11. Yaddaş

Kişilər qısa müddətli hafizəyə sahib olduqları üçün önəmli günləri yadda saxlamaqda çətinlik çəkirlər.

Qadınlar isə əksinə. Heç nəyi unutmurlar. Müzakirəsi bitməyən mövzuların bağlanmasına imkan vermirlər.

Etdiyiniz yalnış hərəkəti siz unutsanız belə, onlar heç vaxt unutmazlar. Ölənə qədər təkrar-təkrar söyləməyi özlərinə borc bilirlər.

12. Tualet

Kişilər tualeti yalnız öz işlərini görmək üçün istifadə edirlər. Tualet onlar üçün çox özəl və səssiz olan bir yerdir.

Qadınlar üçün isə bu sosial fəaliyyət kimi bir şeydir. Rəfiqələri ilə gedib orada uzun-uzadı söhbət edə bilərlər.

13. Əlaqələr

Kişilər sadə və sürətli əlaqələr qururlar.

Qadınlar isə günlərinin üçdə birini danışaraq keçirmək istəyirlər. İstər üz-üzə, istərsə də, telefonla, onlar üçün danışmaq yetərli.

Kişilər isə lazımsız söhbətlər eləmək istəmirlər. Onlar üçün doğru nöqtəyə vurğu qoymaq önəmlidir.

14. Dəqiqlik və zaman anlayışı

Dəqiqlik məsələsində kişilər daha üstündürlər. Restoranda əvvəlcədən yer ayırırlar. Teatra tez gedib yaxşı yer tuturlar.

Qadınlar isə həmişə gecikirlər. Bunun səbəbi isə qadınların xarici görkəmlərinə həddən çox önəm vermələridir.

15. Diqqət

Qadınlar hər zaman şikayətlənir ki, kişilər bir neçə işi eyni vaxtda görə bilmirlər. Lakin vəziyyət tam əksinədir. Qadınlar eyni vaxtda bir neçə iş görə bildiklərini iddia etsələr də, elə də uğurlu olmurlar.

Oxu 140 dəfə
Загрузка...