Babək prospekti çökdü — Avtomobil çuxura düşdü (FOTOLAR)


Babək prospektində yenidən asfalt örtüyü çöküb.

Luxlife.az-ın Qafqazinfoya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında baş verib.

Yolda hərəkətdə olan 99-CA-956 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil çuxura düşüb. Hadisə yerinə təcili yardım briqadası və avtomobili çuxurdan çıxarmaq üçün xüsusi texnika çağırılıb. Sürücünün səhhəti barədə məlumat yoxdur.

Məlumata görə, yolda yaranmış dərin çuxurun səbəbi təmir işlərinin aparılması ilə əlaqədardır. Belə ki, yolu təmir üçün müvafiq qurumlardan biri qazıb, amma başa çatdırmadıqları üçün dərin çuxurun üstü açıq qalıb.

Qeyd edək ki, prospekt aylardır aparılan yenidənqurma işlərindən sonra ötən il dekabrın 10-da sürücülərin istifadəsinə verilib.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol