Bakı Ani Lorak üçün düşərli olmadı.

Ani Lorak və türkiyəli əri türkiyəli iş adamı Murat Nalçacıoğlunun boşanma prosesinin ilk iclası keçirilib.

Luxlife.az rus mətbuatına istinadən xəbər verir ki, Kievdə keçirilən məhkəmə prosesi zamanı onların qızı Sofiyanın qəyyumluğu barədə qərar verilməyib.

Bildirilir ki, boşanan cütlük məhkəmə iştirak etməyib. Onları vəkilləri əvəz edib. Digər məhkəmə prosesinin vaxtı barədə isə məlumat yayılmayıb.

Qeyd edək ki, boşanmaya səbəb Ani Lorak Bakıda “Jara” festivalında olarkən əri Muratın onu İnstaqram vasitəsilə satış edərək məşhurlaşan Yana Belyayeva ilə karaokedə əylənən görüntüləri səbəb olmuşdu.

Belə ki, videoda Səmimi görüntülər sərgiləyən Muratın Yanadan gözünü çəkməməsi, sevgi və nəvazişlə qucaqlaması da kadrlarda yer almışdı.

Xatırladaq ki, cütlük 11 il öncə evlənmişdi.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol