Bakı bulvarındakı dəhşətli hadisə ilə bağlı

Dekabrın 30-da Bakı şəhərinin Səbail rayonunda Dənizkənarı Milli Park ərazisində baş vermiş intiharın səbəbləri üzə çıxıb.

Luxlife.az xəbər verir ki, həmin gün özünü dənizə ataraq intihar edən və meyiti 1 gün sonra Xətai rayonu ərazisində “Boulvared Hotel”in sahilində aşkarlanan 1983-cü il təvəllüdlü Rüstəmova Dilrubə Xalid qızının xəstəlik səbəbindən həyatına qəsd etdiyi məlum olub.

İlkin araşdırmalar zamanı məlum olub ki, həkimlər D.Rüstəmovanın xəstəliyi ilə bağlı ona məlumat verəndən sonra qadın güclü sarsıntı keçirib.

Qeyd edək ki, intihar edən qadın əslən Cəlilabad rayonundan olub və Bakı şəhər Binəqədi rayonu 8-ci mikrorayonda qeydiyyatda olmaqla yaşayıb

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol