Bakıda gecəyarısı dəhşətli hadisə – YARALILAR VAR

Bakıda ağır yol qəzası baş verib.

Luxlife.az xəbər verir ki, gecə saat 04 radələrində Binəqədi rayonu ərazisində yüksək sürətlə hərəkət edən motosiklet idarəetmədən çıxaraq maneəyə çırpılıb. Motosikletin aşması nəticəsində 2 nəfər ağır xəsarət alıb və xəstəxanaya yerləşdiriliblər.

Onlardan 2001-ci il təvəllüdlü Qurbanov Elçin Ziya oğlunun şəxsiyyəti dəqiqləşdirilib. 25-30 yaşlı digər yaralının kimliyinin dəqiqləşdirilməsi istiqamətində iş aparılır.

Faktla bağlı araşdırmalara başlanılıb.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol