Загрузка...

Məlum olduğu kimi, hər noyabr ayının son cümə günü dünyada “Black Friday” adı ilə mağazalarda endirimli satışlar təşkil olunur. Bu ənənə Azərbaycanda da var. Alış-verişi sevənlər bu günləri xüsusilə gözləyirlər.

Axşam.az open.az-a istinadən xəbər verir ki, saytın əməkdaşı paytaxtda yerləşən ən iri ticarət mərkəzlərindən biri “28 Mall”dakı endirimlərlə maraqlanıb.

Demək olar ki, bütün mağazaların vitrinlərində endirimlərin olduğunu “bağıran” yazılar adama gəl-gəl deyir.

“Pull&Bear” mağazasında bəzi məhsullar 40 faiz endirimlə müştərilərə təqdim edilir. Mağazada diqqət çəkən və bu “endirimlərin” həqiqətini ortaya çıxaran mənzərə ilə qarşılaşmamaq mümkün deyil. Belə ki, bir pencəyin qiymətinin 99 manata təklif edilib, lakin kağızın altında əvvəlki qiymətin 39 manat olduğu görünüb.