Bal vasitəsilə saç rənginin açılması üsulu

Saç rəngini açmaq üçün bir çox üsullar var. Əsasən xanımlarımız saç rəngini açmaq üçün salonlara müraciət edirlər. Ümumilikdə ev şəraitində də bir sıra vəsaitlərdən istifadə edərək saç rəngini açmaq imkanımız vardır.

 Luxlife.az bal vasitəsilə saç rənginin açılması üsullarını sizə təqdim edir:

Bal və krem ilə saç rəngini açma

-1 çay qaşığı bal
-1 stəkan saç kremi
-1 stəkan darçın

Bu məhsulları saçınıza sürtün və 2 saat gözlədikdən sonra saçınızı yuyun. Həftədə 2 dəfə bu üsuldan istifadə edə bilərsiniz.

Bal və zeytunyağı ilə saç rəngini açma

Yarım stəkan zeytunyağı

Yarım stəkan bal

Saçınızı nəmləndirin və məhsulları yaxşıca qarışdırın. Saçınıza sürtüb 40 dəqiqə gözləyin. Bu üsulu 3 gün ara verməklə edə bilərsiz.

Bal və sirkə ilə saç rəngini açma

-1 stəkan alma sirkəsi
-1 çay qaşığı bal
-1 stəkan su

Məhsulları qarışdırıb saçınıza sürtün və 45 dəqiqə gözləyin sonra saçınızı yuyun.

Qeyd: Bu üsul saçlarınızın uzanması üçün də sizə kömək edəcək.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol