Загрузка...

Kraliçanın gəlininin geyindiyi palto modeli satış rekordları vurub - VİDEO Xüsusi

Bu məqaləni qiymətləndir
(0 səs)

Şahzadə Harrinin nişansının geyindiyi palto modeli bir neçə saatın içində satılıb qurtarıb.

Britaniya şahzadəsi Harri nişanlısı Meqan Markl ilə ötən gün media qarşısına çıxaraq nişanlanmaqları haqqında məlumat veriblər. Mətbuata açıqlama zamanı Meqanın əynində olan palto İnternetdə satış rekordları qırıb.

Luxlife.az xəbər verir ki, qiyməti 750 dollar olan kəmərli palto Kanadanın Line firmasının məhsuludur. Firma rəhbəri Con Masketin sözlərinə görə, mətbuat konfransından bir neçə dəqiqə sonra anbarda olan bu model paltoların hamısı İnternet üzərindən satılıb. Firmanın saytına giriş həddən artıq çox olduğuna görə, texniki problemlər də yaranıb.

Masket bildirib ki, əvvəllər heç bir adı olmayan bu paltoya Britaniya sarayının gəlininin şərəfinə Meqan adı verilib.

"Biz böyük şirkət deyilik. İndi də mövsümün demək olar ki, sonudur. Bu paltodan anbarımızda çox deyildi. Həm də ki, bu paltolar əl ilə tikilir. Biz artıq yeni partiyanın tikilməsi üçün sifariş vermişik. Yaxın zamanlarda model yenə mağazalarda olacaq. Mən gözləmirdim ki, Meqan belə bir tədbir üçün bizim paltomuzu seçər. O, Kanadadan Londona çox şey aparmamışdı"

Masket onu da bildirib ki, Meqan həmin paltonu özü almayıb. Firma həmin paltonu Meqanın stilisti Cessika Malruniyə hədiyyə edib.

Xatırladaq ki, şahzadə Harri və Meqan Markl ötən gün nişanlandıqlarını bəyan ediblər.

Luxlife.az

0 awesome comments!
Oxu 425 dəfə Son redaktə Son redaktə Noyabr 28 2017
Загрузка...
Загрузка...
Загрузка...