Beren Saat və Kenan Doğulunun AYRILIQ xəbəri yayıldı

Aktrisa Beren Saatla müğənni Kenan Doğulunun ayrılması xəbərləri gündəmi zəbt edib. 

Luxlife.az xəbər verir ki, aktrisa müğənni ilə 2014-cü ildə Los-Ancelesdə nikah masasına oturub. ötən gün 35 yaşı tamam olan saat sosial şəbəkədə keçmiş sevgilisi ilə bağlı paylaşım edib. 


Beren makiyajsız, ağ-qara şəklinə bir neçə il əvvəl dünyasını dəyişən sevgilisi Efe ilə bağlı xatirələrini qeyd edib. Onun bu paylaşımı müzakirələrə səbəb olub. Bir çoxları aktrisanın ərindən ayrıldığını bildirib. Kenanın Bereni təbrik etməməsi isə iddiaları daha da gücləndirib. Çünki Doğulu hər il arvadının ad günündə İnstaqramında paylaşım edib, gözəl sözlər yazıb. 

Qeyd edək ki, “Bu gün bir yaşıma da girdim. İnsanların yaş artdıqca necə qəddar ola bilməsi və əslində hamısının dünyaya gələrkən qüsursuz bir körpə olması haqda gerçəkləri bilirəm. Bir tərəfdən kütləvi bir eşqin içində olduğum, digər tərəfdən ən yaxınımda nifrəti hiss etdiyim bir doğum günündə ağlamağı yox, gülməyi seçmişəm.

Ayaq basdığım ən qaranlıq doğum günüm olduğunu düşündüyüm anda Efe ilə bizim mahnımız “Hero”nun səsini eşitdim və ruhum yenidən işıqlandı. Məncə, həyatımın ikinci yarısı daha gözəl olacaq. Həyatın mənim üçün yan-yana düzdüyü mirvari kimi travmalardan sonra bunu gözləyirəm.

Yaşamaq, dirənmək, qəbul etmək, parçalanmaq, bütünləşib yenidən doğulmaq, üzləşmək, tanış olmaq, yolun yarısında başdan başlamaq, gülmək, insanları incitməmək, dinləmək, razı olmaq, çökmək, amma ayaq üstdə inanaraq davam etməkdir. Elə bir sevməkdir ki, hər kəsi sevirmiş kimi… Yaxşı ki, varsınız. Yaxşı ki, doğulmuşuq” deyə, Saat paylaşımında yazıb.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol