Biri yazışmanı, digəri mahnı paylaşdı – Natavan və Elnarədən açıqlama

Müğənnilər Natavan Həbibi və Elnarə Xəlilova aralarında inciklik olması barədə xəbərlərə İnstaqramdan reaksiya verib.

Luxlife.az xəbər verir ki, tərəflər bir-birini işarələyərək paylaşım edib.

Elnarə Natavanla “WhatsApp” yazışmasını “screen” edib, paylaşaraq “Küsülü olan hər gün yazışar? Körpəni qucağına al, inşallah, hamımız baxaq, sevinək. Qısqananlar da çatlasın” deyə, yazıb.

Natavan isə Elnarənin mahnısını paylaşaraq “küsməmişik” mesajı verib.

Qeyd edək ki, Xəlilova veriliş zamanı qonağı olan modelyerə “İndi toyda üç gəlinlik geyinirlər. Buna necə baxırsız” sualını ünvanlamışdı. Sənətçinin toyunda üç gəlinlik geyinən Natavana söz atdığı düşünülmüşdü.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol