Bloqer Hüseyn Həsənov azərbaycanlılardan üzr istədi

Azərbaycan əsilli məşhur bloqer Hüseyn Həsənov azərbaycanlılardan üzr istəyib.

Luxlife.az xəbər verir ki, bloqer öz fanatları ilə görüşərkən küçələr bağlandığı və xaos yarandığı üçün üzr istəyib.

“Mənim Bakıda ilk fan görüşüm. Qapanmış küçələr və bloklanmış ticarət mərkəzi. Şəhərdəki xaosa görə bağışlayın. Sizi çox sevirəm!” – bloqer özünün İnstagram səhifəsində yazıb.

O qeyd edib ki, azərbaycanlı fanatları ilə görüşdən sonra hələ də özünə gəlməyib. Digər ölkələrdə də öz fanatları ilə görüşmək niyyətindədir.

Xatırladaq ki, Hüseyn Həsənovun öz fanatları ilə görüşü 28 May metros yaxınlığında xaosa səbəb olmuşdu.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol