Böhran Aygün Kazımovaya təsir etmədi – FOTO

Xalq artisti Aygün Kazımova özünə təmtəraqlı ad günü şənliyi keçirib.

Axar.az xəbər verir ki, dünən gecə saat 23:00-da başlayan mərasimi “Talant” rəqs qrupunun rəqqasları açıq elan edib. Daha sonra səhnəyə meyxanaçılar – Rəşad Dağlı və Pərviz Bülbülə çıxıb. Onlar yubilyarın şərəfinə meyxana deyib.

45-ci doğum gününü möhtəşəm şəkildə dostları ilə keçirən Aygün gələn qonaqlara bayram əhval-ruhiyyəsi yaşadıb.

Gecə 12-də isə Aygün Kazımova səhnəyə çıxaraq, gələn qonaqları salamlayıb və ilk dəfə olaraq belə qeyri-adiliyə imza atmasından danışıb:

“Bilirsiniz ki, doğum günüm 26 yanvardır. Bu dəfə fərqli doğum günü keçirməyi qərara aldıq. Bu mənim komandamın ideyasıdır. 25-indən 26-sına keçən gecə ad günüm başladı və səhərə qədər davam edəcək”.

Çıxışını bitirən Kazımova “Mən Aygünəm” mahnısı ilə məclisi davam etdirib.

Xalq artistinin ad günündə daha bir fərqlilik yaşanıb. Adət etdiyimiz kimi tort məclisin sonunda deyil, əvvəlində kəsilib. Bu zaman bütün qonaqlar sənətçini əhatəyə alıb.

Ardınca isə dizayner İbo xüsusi hazırladığı “Ay və Gün” formalı taxt kreslonu xalq artistinə hədiyyə edib. Bu da gur alqışlara səbəb olub.

Aşıq Əlinin səhnəyə çıxıb Aygün xanımın şərəfinə şeir deyib oxuması da məclisə xüsusi rəng qatıb. Doğum günündə xalq artistinin ən yaxın dostları ilə yanaşı, onun müəllimləri – Cavanşir Quliyev, Vaqif Gərayzadə də iştirak edib.

Təmtəraqlı keçən doğum günü şənliyi səhər saatlarına kimi davam edib.

Qeyd edək ki, məclisi Zaur Nəbioğlu aparıb, Anar Mədətovun rəhbərlik etdiyi “Solo Band” ansamblı isə gecə boyu qonaqların zövqünü oxşayıb.

LuxLife.Az

{gallery}aygunun_ad_gunu{/gallery}

Загрузка...