Bu azərbaycanlı oğlan ABŞ-ı heyran etdi – VİDEO

Загрузка...

NBC telekanalında yayımlanan “America’s Got Talent” verilişində Üzeyir Novruzov çıxışı ilə yenidən hər kəsi təəccübləndirib.

Luxlife.az xəbər verir ki, 42 yaşlı azərbaycanlı akrobat hazırda Las-Veqas şəhərində yaşayır.

Çarli Çaplin fanatı olan Üzeyir Novruzov səhnədə nərdivanla çıxış edib.

Şouda üç il öncə də çıxış edən azərbaycanlı akrobat canlı yayımda fəndi daha mükəmməl etməsi ilə yaddaşda qalıb. O, bu anı illərdir gözlədiyini qeyd edib. Çempion olduğunu sübut etmək üçün bu yarışa gəldiyini bildirib.

Qeyd edək ki, akrobat daha öncə altı metrlik nərdivanda 7 dəqiqə 50 saniyə qalması ilə Ginnesin rekordlar kitabına düşüb. Rekordun yenilənməsinin təsdiqlənmə mərasimi Pekində keçirilib.

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol