Bu ölkədə ərə gedən qızların bakirəliyini yoxlamaq qadağan edildi

Bundan sonra bakirəlik testləri keçirilməyəcək. Bununla bağlı heç bir arayış da verilməyəcək.

Luxlife.az xəbər verir ki, Belçikanın Milli Həkimlər Şurası belə bir qərar verib. Qərarda deyilir ki, bakirəlik testi lazımsız bir şeydir və ayrıseçkiliyə, eyni zamanda qadına qarşı zorakılığa yol açır.

Qərarda həmçinin qeyd olunur ki, qadınlar və kişilər bərabər hüquqa sahibdirlər. Qadınların bakirəlik yoxlamalarına məruz qalması insan haqlarının kobud şəkildə pozulmasıdır.

Xatırladaq ki, Belçikada bir çox ailələr evlilikdən öncə qızlarını bakirəlik testindən keçmək üçün həkimə göndərirlər.

Aşağıda şərh yazaraq fikirlərinizi bildirin:

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol