Bu xəstəliyiniz varsa, bayramda DİQQƏTLİ olun! – HƏKİM MƏSLƏHƏTİ

Novruz bayramı dedikdə ilk yada düşən şəkərbura, paxlava, zəngin yemək süfrələridir. Bayramı bu nemətlərsiz, bol çeşidli yeməklərsiz, şirniyyatlarsız təsəvvür etmək olmur. Bəs Novruz süfrəsində nələrə diqqət etməliyik? Bayramdan sonra fəsadlaşmaların qarşısını necə alaq?

Həkim dietoloq-nutrisioloq Amaliya Rəhimova Maçıqlamasında deyib ki, şəkərli diabet, dəri və mədə bağırsaqproblemi olanlar xüsusilə ehtiyatlı olmalıdır.

Həkimin sözlərinə görə, əsas məqamlardan biri şirniyyatdan tək öyün kimi doyunca deyil (məsələn,səhər və ya axşam yeməyi əvəzinə), hər hansı bir öyünə (səhər və ya nahar vaxtı; axşam yemək meyilli insanlarda yüksək təzyiq və yuxusuzluğa səbəb ola bilər) kiçikbir əlavə olaraq istifadə edilməlidir. Həmin öyündə digər karbohidratlı qidaları azaltmaq və ya heç istifadə etməmək məsləhət görülür.

A.Rəhimova əlavə edib ki, səhər yeməyində südlü-şəkərli kaşa, yağ-pendir- çörək-şirin çay-bal deyil, tərəvəzli kükü və ardınca bir ədəd şəkərbura və ya paxlava yemək elə bir zərər verməz. Eləcə də naharda, unlu-xəmirli qidalarla deyil, ətli-tərəvəzli yeməklərin yanında yemək olar. Axşam isə arzuolunmazdır.

Həkim-dietoloq bildirib ki, bol maye qəbul etmək lazım. Şirniyyatı mümkün qədər balaca, xüsusilə uşaqlar üçün kiçik ölçülərdə bişirmək laızmdır. 90 kiloqramlıq ata ilə 15 kiloqramlıq uşağın eyni kalori qəbulu təhlükəlidir.

Həkim-fitoterapevt Sadıq Salami isə deyib ki, yeməkdən dərhal sonra şirniyyat və meyvə yemək qəti qadağandır. Şəkərli diabet xəstələri şirniyyat və yağlı qidalardan istifadə etməsinlər. Daha çox meyvələrə üstünlük vermək lazımdır. Yeməkdən ən azı 2 saat sonra şirniyyat yemək olar.

Загрузка...